Qərb Ukraynada müharibəni dayandırmaq istəmir.
Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada iranlı həmkarı Hüseyn Əmir Abdullahiyanla görüşündə deyib.
Onun sözlərinə görə, Qərb bu müharibədə öz geosiyasi maraqlarını beynəlxalq arenadakı rəqibi Rusiya Federasiyasını aradan qaldırmaq cəhdləri baxımından görür.
"Qərb Çini təsirsiz hala gətirməyə cəhd göstərir. Lakin Rusiya, Çin, İran və başqa ölkələr Qərbin hegemonluq qurmaq cəhdlərinə qarşı mübarizəyə davam edəcək”, - deyə Lavrov vurğulayıb.
Nuranə Daxilqızı












jpg-1682678807.webp)



