• Bakı 12° C

    6.79 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Zelenski Sunakla görüşdü

DÜNYA

20 May 2023 | 14:41

Zelenski Sunakla görüşdü

Ukrayna Prezidenti Volodimir Zelenski Yaponiyanın Hirosima şəhərində “Böyük yeddilik” (“G7”) ölkələrinin sammiti çərçivəsində Böyük Britaniyanın Baş naziri Rişi Sunakla görüşüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə V.Zelenskinin Mətbuat xidmətindən bildirilib.

O, Rusiya ilə müharibədə Kiyevə verdiyi dəstəyə görə R.Sunaka təşəkkürlərini çatdırıb.

Tərəflər Ukrayna Prezidentinin mayın 14-də Britaniyaya səfəri zamanı əldə olunan razılaşmaların icrası barədə fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, V. Zelenski “Böyük yeddilik” ölkələrinin sammitinə qatılmaq üçün Yaponiyada səfərdədir.

Xatırladaq ki, “G7” Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, Fransa, Yaponiya və ABŞ-ı birləşdirən qeyri-rəsmi beynəlxalq klubdur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR