• Bakı 15° C

    7.08 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Zelenski : “Bu görüş sülh üçün zərbədir”

DÜNYA

09 Iyul 2024 | 10:12

Zelenski : “Bu görüş sülh üçün zərbədir”

Rəsmi Ukrayna Vladimir Putinlə Hindistan Baş nazirinin görüşünü pisləyib

Bakıvaxtı.az xəbər verir ki, Vladimir Zelenski bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.

Ukrayna prezidenti Vladimir Zelenski rusiyalı həmkarı Vladimir Putinlə Hindistanın Baş naziri Narendra Modinin görüşünü pisləyib.

Bildirib ki, hindistanlı həmkarının Moskvaya səfəri sülh səyləri üçün sarsıdıcı zərbədir :

"Dünyanın ən böyük demokrat liderinin Moskvada dünyanın ən qanlı cinayətkarı ilə birlikdə  görmək böyük məyusluq ifadə edir. Bu, sülh səylərinə sarsıdıcı zərbədir" -, deyə ukraynalı dövlət başçısı əlavə edib.

Əli Hüseynov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026