Xəbər verildiyi kimi, Bakı şəhəri, Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsində sökülməkdə olan tikilidə yanğın baş verib və dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
FHN-dən Bakıvaxtı.az-a verilən məlumata görə, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ikimərtəbəli tikilidə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
19:09
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsində tikilidə yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN Mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Əlavə məlumat veriləcək.




jpg-1743772558.webp)

jpeg-1743770375.webp)





jpg-1743758282.webp)

jpg-1743754482.webp)

