• Bakı 15° C

    6.78 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

"Xankəndində Azərbaycan dili kursları açılsa..." - AÇIQLAMA

CƏMİYYƏT

06 Sentyabr 2021 | 16:46

"Xankəndində Azərbaycan dili kursları açılsa..." - AÇIQLAMA

Ermənistanda Azərbaycan dilini öyrədən ilk tədris mərkəzi açılıb. Müşahidələrə görə, yeni açılan dil kursuna böyük maraq var. Bildirilib ki, sözügedən kursda tələbələrə dilimizin qrammatikası və cümlə qurma formaları öyrədilir. 

Məlumdur ki, tarixən də ermənilər hər zaman Azərbaycan dilini daha yaxşı biliblər. Bəs bunun səbəbləri nədir? Azərbaycanda da erməni dili tədris edən kurslar açılsa, necə olar?

Mövzu ilə bağlı tanınmış jurnalist, tarix üzrə fəlsəfə doktoru Cavid İsmayıl Bakıvaxtı.az-a açıqlama verib:

"Əvvəla, bu cür məsələlərdə tarixi-psixoloji məqama diqqət yetirmək lazımdır. Sovet dövründə Azərbaycanda əksəriyyət rus dilini bilirdi, çünki hakim dil idi. İndi müstəqil dövlət olduğumuz üçün rus dilini bilənlərin sayı azalıb. Ermənilərin Azərbaycan dilini bilməyinə də məhz bu prizmadan yanaşmaq lazımdır. Çünki onlar bu torpaqlara gəlmə olublar, hakim etnos biz olmuşuq. Təbii ki, onlar az olduğu üçün bizim dilimizi öyrənməyə məcbur olublar. Bu, birinci məqamdır. İkinci məqamda erməni və Azərbaycan dillərinin öyrənilməsinin asan və çətinliyinə diqqət yetirmək lazımdır. Yəni Azərbaycan dili erməni dilindən qat-qat asan dildir. Üçüncü məqam odur ki, ermənilər Azərbaycan dilini öyrənməklə həm də türk dilini, yəni Osmanlı Türkiyəsinin dilini öyrənirlər. Yəni ermənilər bir dili öyrənməklə özlərinə düşmən saydıqları iki xalqın dilini biliblər. 

Açığı, bizdə erməni dili kurslarına tələbat olacağını düşünmürəm. Lazım olan orqanlarda hərbçilərimizə erməni dili tədris olunur. Yadımdadır ki, Vətən müharibəsində şəhidlərimizdən biri ratsiya vasitəsilə ermənilərin dalğasına girərək onlara yanlış komanda verməklə səhv istiqamətə yönəltmiş və həmin gün baş verən döyüşlərdən birinin taleyini həll etmişdi. Yəni bizdə azərbaycanlıların kütləvi şəkildə erməni dilini öyrənməyə üz tutacağını düşünmürəm. Ermənistanda da Azərbaycan dili kurslarına tələbat olacağını sanmıram. Amma düşünürəm ki, məsələn, Xankəndində Azərbaycan dili kursları açılsa, hazırda Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazilərdə yaşayan ermənilər gedərlər. Əgər onların arasında gələcəkdə Azərbaycan pasportu daşımaq fikrində olan varsa, mütləq Azərbaycan dilini öyrənəcəklər".

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026