• Bakı 21° C

    1.43 m/s

  • USD - 1.7

    EUR - 1.9312

    RUB - 2.0118

Xaçmazda TIR qəzaya düşdü - Ölən var

HADİSƏ

01 Iyul 2022 | 15:49

Xaçmazda TIR qəzaya düşdü - Ölən var

Xaçmaz rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az report-a istinadən xəbər verir ki, hadisə Gəndob-Xaçmaz-Yalama avtomobil yolunun Mürşüdoba kəndindən keçən hissəsində baş verib.

Belə ki, TIR ("VOLVO") və "VAZ-2107" markalı avtomobillərin toqquşması nəticəsində Dağıstan respublikası vətəndaşı, 1978-ci il təvəllüdlü Sultanov Murad Maqamedoviç müxtəlif dərəcəli bədən xəsarətləri alıb və Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

"VAZ-2107"-nin sürücüsü isə hadisə yerində ölüb. Onun kimliyi hələ məlum deyil və meyiti müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.

Hadisənin təfərrüatı araşdırılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Sentyabr 2026