• Bakı 6° C

    0.97 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Xaçmazda qarda qalanlar xilas edildi

HADİSƏ

17 Yanvar 2022 | 09:18 | Müəllif: Qalib İbrahimoğlu

Xaçmazda qarda qalanlar xilas edildi

Xaçmazda qarda bataraq qalan avtomobildəki şəxslər xilas edilib.

Bakıvaxtı.az-ın FHN-ə istinadən məlumatına görə, hadisə rayonun Ağyazı Buduq kəndində qeydə alınıb. Belə ki, içərisində 2 nəfərin olduğu “VAZ” markalı minik avtomobilinin qarda bataraq qalması səbəbi ilə Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə kömək üçün müraciət daxil olub. Müraciətlə əlaqədar FHN-nin Şimal Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Görülən tədbirlər nəticəsində vətəndaşlar təhlükəsiz əraziyə çıxarılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR