• Bakı 14° C

    5.6 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Uşaqlar üçün “Instagram” yaradılır

MULTİMEDİA

19 Mart 2021 | 18:07

Uşaqlar üçün “Instagram” yaradılır

Dünyanın ən böyük sosial şəbəkəsi “Facebook” 13 yaşdan kiçik uşaqlar üçün xüsusi olaraq “Instagram” foto paylaşma xidmətinin versiyasını yaradır.

Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir

“Uşaqların dostları ilə əlaqə saxlaya bilməsi, yeni hobbi, maraqlar və daha çox şey tapa bilməsi üçün “Instagram”a valideyn nəzarətində bir sistem gətirməyi planlaşdırırıq”, - deyə “Facebook” sözçüsü Co Osborn bildirib.

“Facebook”un özündə də bənzər texnologiya var – “Messenger Kids”. Bu, əsas sosial mesajlaşma tətbiqinin gənclər üçün versiyasıdır. Burada valideyn nəzarəti seçimləri var.

“Instagram” qaydaları da yaş məhdudiyyətlərini nəzərdə tutur - istifadəçinin 13 yaşdan yuxarı olması lazımdır.

Qeyd edək ki, “Facebook” sosial şəbəkəsi 2004-cü ilin fevralında Mark Zükerberq tərəfindən yaradılıb. Sosial şəbəkə “Messenger”, “WhatsApp” və “Instagram” xidmətlərinə sahibdir .


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026