• Bakı 15° C

    7.08 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Türkiyə Suriyadan bu şərtlə çıxa bilər

DÜNYA

22 Sentyabr 2023 | 17:41

Türkiyə Suriyadan bu şərtlə çıxa bilər

“Bizim kimsənin torpağında gözümüz yoxdur. Prezidentimiz də bunu deyib”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər “Milliyət”ə müsahibəsində deyib.

O söyləyib ki, Türkiyənin kimsənin torpağına ehtiyacı da yoxdur: “Bunu konkret formada deyirik. Biz təhlükəsiz şərait formalaşmadan Suriyanı necə tərk edə bilərik?”.

Nazir bildirib ki, “Zeytun budağı”, “Fırat qalxanı” kimi əməliyyatların məqsədi Türkiyə vətəndaşlarının təhlükəsizliyinin təmin olunması idi: “İndi bəzilərinin bizim Suriyadan çıxmağımızı tələb etməyi ilə biz ərazini tərk etməyəcəyik. Əvvəlcə lazımi şərait yaradılmalıdır. Konstitusiya qəbul olunmalı, seçkilər keçirilməlidir. Hökumət qurulmalıdır. Bundan sonra məmnuniyyətlə Suriyadan çıxacağıq”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026