Qadın voleybolçular arasında Avropa çempionatı başa çatıb.
Bakıvaxtı.az xəbər verir ki, həlledici qarşılamada Türkiyə və Serbiya yığmaları üz-üzə gəliblər.
Gərgin keçən oyunda Türkiyə millisi Avropa çempionu olub.
"Filenin sultanları" 3 qat Avropa çempionu Serbiya millisini məğlub etməyi bacarıblar.
Oyun 3-2 (25:27, 25:21, 22:25, 25:22, 15:13) hesabı ilə başa çatıb.
Qeyd edək ki bu, Türkiyə voleybil tarixində millnini ilk Avropa çempionluğudur.
Beləliklə, Avropanın ilk üçlüyü Türkiyə, Serbiya və Niderland milliləridir.
Murad Məmmədli
















