• Bakı 12° C

    4.34 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Tramp seçilsə, Assancı əfv edəcək

DÜNYA

28 May 2024 | 19:45 | Müəllif: Subhan Mahmudov

Tramp seçilsə, Assancı əfv edəcək

Donald Tramp ABŞ prezidenti seçiləcəyi təqdirdə Vikiliks portalının təsisçisi Culian Assancı əfv etmək barəsində ciddi şəkildə düşünəcək.

Bakıvaxtı.az xəbər verir ki, Donald Tramp bu barədə podkaster Tim Poula müsahibəsi zamanı bildirib.

O, prezident seçiləcəyi təqdirdə Assanjı əfv edib-etməyəcəyi ilə bağlı suala cavab verib:

“Biz bunu çox ciddi nəzərdən keçirəcəyik”, - deyə Tramp qeyd edib.

Qeyd edək ki, Culian Assanj hazırda Britaniyanın Belmarş həbsxanasında saxlanılır. Mayın 20-də britaniyalı hakimlər Culian Assanca ABŞ-a ekstradisiyasına etiraz etmək hüququ verib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026