• Bakı C

    6.94 m/s

  • USD - 1.7

    EUR - 1.9867

    RUB - 2.2082

Tramp "müqəddəs" fotosunu sildi

DÜNYA

13 Aprel 2026 | 21:14

Tramp müqəddəs fotosunu sildi

ABŞ Prezidenti Donald Tramp özünü "şəfa verən müqəddəs" kimi təsvir edən süni intellektlə yaradılan şəklini "Truth Social" səhifəsindən silib.

Bakıvaxtı.azxəbər verir ki, şəkildə Trampın prezidentin bir əlini yataqda uzanan bir kişinin alnına qoyduğu görünür. Toxunduğu anda xəstənin başının ətrafında bir işıq peyda olur. Digər əlində isə prezident işıq topu tutur. ABŞ əsgəri, tibb bacısı, Trampın beysbol papağını taxan tərəfdarı və əllərini dua üçün birləşdirən bir qadın onun və xəstənin ətrafında dayanıblar. Arxa planda ABŞ simvolları - bayraq, Azadlıq Heykəli və qartal görünür. Hərbi təyyarələr Trampın başının üstündə uçur.

ABŞ prezidentinin digər paylaşımları istifadəçilər üçün əlçatan olaraq qalır.


SON XƏBƏRLƏR