• Bakı 14° C

    5.41 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Toivo Klaar İrəvandadır

DÜNYA

15 Sentyabr 2022 | 16:46

Toivo Klaar İrəvandadır

Bu gün Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar İrəvanda Ermənistanın müdafiə naziri Suren Papikyanla görüşüb. 

Bakıvaxtı.az xəbər verir ki, görüşdə Aİ-nin Ermənistandakı nümayəndə heyətinin rəhbəri, səfir Andrea Vitorin də iştirak edib.

Aİ-nin xüsusi nümayəndəsi Papikyanla görüşündə Azərbaycan-Ermənistan sərhədindəki hərbi əməliyyatların dərhal dayandırılması ilə bağlı Aİ-nin mövqeyini təqdim edib. O,  bütün mövcud fikir ayrılıqlarının müstəsna olaraq diplomatik vasitələrlə həllinin vacibliyini vurğulayıb.

Toivo Klaar həmçinin Aİ-nin tərəflər arasında danışıqlar prosesinin bərpasına və razılaşmaların əldə olunmasına yardım etmək öhdəliyini təsdiqləyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026