İngiltərəyə uçan təyyarə Çexiya hava limanına təcili eniş edib.
Bakıvaxtı.az "Haber Glıobal"a istinadən xəbər verir ki, buna təyyarədə əldəqayırma partlayıcı olması barədə edilən xəbərdarlıq səbəb olub.
Təyyarənin Polşanın Krakov şəhərindən İngiltərənin Bristol şəhərinə uçduğu bildirilir.
Çexiyadakı Praqa Hava Limanının rəsmi Tvitter hesabında paylaşılan məlumatda qeyd olunur ki, Krakov-Bristol marşrutu ilə uçan təyyarə Praqa hava limanına təhlükəsiz şəkildə eniş edib: "Sərnişinlərin və bütün hava hərəkətlərinin təhlükəsizliyinin təmin edilməsinə yönəlmiş bütün tədbirlər Çexiya polisi tərəfindən həyata keçirilir”.
Çexiya polisi onların pirotexniklərinin hadisə yerində olduğunu və araşdırma apardığını təsdiqləyib.
Məlumata görə, zabitlər təyyarədə axtarış və yoxlama apararkən sərnişinlərə təyyarəni tərk etməyə icazə verilib.
Praqa Hava Limanı Çexiyanın ən işlək hava limanıdır.
Nur
















