• Bakı 19° C

    4.39 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

Tanınmış təhsil şirkəti fəaliyyətini DAYANDIRDI?

CƏMİYYƏT

03 Iyul 2026 | 10:48 | Müəllif: Qalib İbrahimoğlu

Tanınmış təhsil şirkəti fəaliyyətini DAYANDIRDI?

Azərbaycanda xaricdə təhsil xidmətləri göstərən "Pilgrim Education" şirkəti ətrafında yaranan qalmaqal yeni mərhələyə keçib. 

Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, şirkətin fəaliyyətini dayandırdığı iddia olunur. Son aylarda şirkətdən narazı qalan çoxsaylı vətəndaşlar ödəniş etdikləri halda vəd edilən xidmətləri ala bilmədiklərini, maddi ziyana düşdüklərini bildirirlər.

Şikayətçilərin sözlərinə görə, müxtəlif məbləğlərdə ödəniş etdikdən sonra onların xaricdə təhsil prosesinin təşkil ediləcəyi vəd edilsə də, sonradan şirkətlə əlaqə saxlamaq mümkün olmayıb. 

Bir çox vətəndaş pullarının geri qaytarılmadığını və məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət etdiklərini bildirir.

Narazılıqların mərkəzində şirkətin rəhbəri Aisa Aslanovanın adı hallanır. 

Məsələ ilə bağlı A.Aslanova ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verilməyib.

Murad İsmayıl


Tanınmış təhsil şirkəti fəaliyyətini DAYANDIRDI?Tanınmış təhsil şirkəti fəaliyyətini DAYANDIRDI?
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Oktyabr 2026