• Bakı 12° C

    4.8 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Tanınmış həkimə AĞIR İTKİ

CƏMİYYƏT

27 Dekabr 2021 | 22:24 | Müəllif: Qalib İbrahimoğlu

Tanınmış həkimə AĞIR İTKİ

Tanınmış həkim Vasif İsmayıla ağır itki üz verib.

Bakıvaxtı.az xəbər verir ki, uroloqun anası Hafizə xanım dünyasını dəyişib.

Bu barədə Vasif İsmayıl  "Facebook"da yazıb.

Onun sözlərinə görə, anası koronavirusdan vəfat edib: "Əziz anam Hafizə xanımı bir az əvvəl itirdik. Qırx gün koronavirus bəlasının fəsadları ilə mübarizə apardı.

Buraya qədərmiş.

Anamın canı üçün əlləşən Dr. Araz bəyə, Mərkəzi Gömrük Hospitalının rəhbəri Dr. Elman bəyə, bütün Gömrük hospitalı əməkdaşlarına, dostlarıma minnətdarlığımı bildirir, haqqlarını halal etmələrini ərz edirəm".

Mərhumun dəfni öz ad günündə - sabah 69 illiyində Sumqayıt şəhəri məscidlərinin birində cənazə namazının qılınmasından sonra Sumqayıt şəhər məzarlığında olacaq.

Mövcud epidemioloji vəziyyətə əsasən ancaq dəfn mərasimi olacaq.

Bakıvaxtı.az saytının kollektivi Vasif İsmayıla anası Hafizə xanımın vəfatından kədərləndiyini bildirir, mərhuma Allahdan rəhmət, yaxınlarına səbr diləyir.

Allah rəhmət eləsin.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026