Bu gün Talibanın 600 silahlısı öldürülüb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Əfqanıstanın Pəncşir əyalətindəki müqavimət qüvvələrinin rəsmisi Fahim Daşti məlumat verib.
“Səhər saatlarından Pəncşirin ayrı-ayrı rayonlarında 600-ə yaxın silahlı zərərsizləşdirilib. Talibanın mindən çox döyüşçüsü ələ keçirilib", - Daşti qeyd edib.
















