• Bakı 13° C

    4.41 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Tailandda daşqınlar nəticəsində 4 nəfər öldü

DÜNYA

27 Dekabr 2023 | 13:33

Tailandda daşqınlar nəticəsində 4 nəfər öldü

Tailandın cənubundakı Narathivat bölgəsində güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində 4 nəfər ölüb.

Bu barədə Bakıvaxtı.az TASS-a istinadən xəbər verir.

Qeyd edilib ki, təbii fəlakət nəticəsində 3 nəfər itkin düşüb. Bildirilib ki, daşqınlar Narathivatın yaxınlığında yerləşən Yala, Sonqkhla, Pattani və Satun bölgələrinə də ciddi təsir göstərib.

Amma daşqınlardan zərər çəkmiş bölgələr Tailandın məşhur turizm istiqamətlərindən uzaq məsafədə yerləşir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026