Alimlərin 30 illik araşdırmasına görə, ana delfinlər balalarının arxasınca getmələri üçün yüksək səslər çıxarırlar. Yəni öz övladlarına “mən burdayam” deyirlər.
Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-da şüşə burunlu delfinlər üzərində araşdırma 30 il çəkdi. Alimlər Florida ştatının Sarasota körfəzində ana delfinlərin üzərinə xüsusi mikrofonlar yerləşdiriblər. Mütəxəssislər mikrofonlar sayəsində ana delfinlərin körpələri ilə birlikdə olduqları zaman çıxardıqları səslərin yüksək diapazonunun normaldan daha yüksək olduğunu aşkar ediblər.
Tədqiqatın həmmüəllifi, ABŞ-dakı Woods Hole Okeanoqrafiya İnstitutunun dəniz bioloqu Laela Sayigh, ana delfinlərin balalarını izləmək üçün yüksək səslər çıxardığını söylədi: “Ana delfinlər vaxtaşırı yüksək səslə balalarına “mən burdayam” deyirlər. Bu, ananın övladının adını çəkməsinə bənzəyir”.
Ay Tac
















