• Bakı 30° C

    2.79 m/s

  • USD - 1.7

    EUR - 1.9345

    RUB - 2.1711

Suriyada dəhşətli qəza - 35 nəfər öldü

DÜNYA

25 Iyul 2026 | 17:56

Suriyada dəhşətli qəza - 35 nəfər öldü

Suriyanın paytaxtı Dəməşqi ölkənin şərqində yerləşən Deyr-əz-Zor vilayəti ilə birləşdirən magistral yolda iki avtobusun toqquşması nəticəsində dəhşətli qəza baş verib.

Bakıvaxtı.az “Al-Jazeera”yə istinadən xəbər verir ki, mövcud hadisəyə görə 35 nəfər ölüb, onlarla insan yaralanıb.

Məlumata görə, qəza mülki avtobusla Daxili İşlər Nazirliyinə məxsus avtobusun toqquşması nəticəsində baş verib.

Bildirilib ki, hadisə yerində xilasetmə əməliyyatlarına Suriya hərbi helikopterləri də cəlb olunub.

Qəzanın başvermə səbəbi hələlik açıqlanmayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Iyul 2026