• Bakı 18° C

    3.79 m/s

  • USD - 1.7

    EUR - 1.9069

    RUB - 2.0032

Sumqayıtda ev yandı - VİDEO

HADİSƏ

07 Yanvar 2025 | 23:34 | Müəllif: Subhan Mahmudov

Sumqayıtda ev yandı - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, Yaşıl dərə yaşayış massivində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub.

Bakıvaxtı.az xəbər verir ki. yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində fərdi yaşayış evinə bilavasitə bitişik taxta tullantıları yığılmış sahədə baş vermiş yanğın evə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində 10kv.m. sahədə taxta tullantıları yanıb.

Fərdi yaşayış evi yanğından mühafizə olunub.

 

 

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Oktyabr 2026