• Bakı 22° C

    5.08 m/s

  • USD - 1.7

    EUR - 1.9312

    RUB - 2.0118

Sumqayıt və Salyanda ikimərtəbəli ev yanıb

HADİSƏ

05 Yanvar 2022 | 20:50 | Müəllif: Subhan Mahmudov

Sumqayıt və Salyanda ikimərtəbəli ev yanıb

Sumqayıt şəhəri, Yeni yaşayış massivi ərazisində ümumi sahəsi 240 m² (hər mərtəbəsi 120 m²) olan ikimərtəbəli evin birinci mərtəbəsində mətbəxin yanar konstruksiyaları və ev əşyaları 30 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Bakıvaxtı.az-a verilən məlumata görə, yüksək temperaturdan ikinci mərtəbədə 1 otağın pəncərə çərçivəsi qarsalanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Həmçinin, Salyan rayonunun Gəncəli kəndində ümumi sahəsi 120 m² (hər mərtəbəsi 60 m²) olan taxta konstruksiyadan ibarət ikimərtəbəli ev və içərisindəki əşyalar yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Sentyabr 2026