• Bakı 13° C

    3.6 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Şoyqudan səfərbərliklə bağlı AÇIQLAMA

DÜNYA

03 Oktyabr 2023 | 20:03 | Müəllif: Subhan Mahmudov

Şoyqudan səfərbərliklə bağlı AÇIQLAMA

"Ukraynadakı müharibədə iştirak etmək üçün Rusiyada əlavə səfərbərlik planı yoxdur".

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Rusiyanın müdafiə naziri Sergey Şoyqu jurnalistlərə açıqlaması zamanı bildirib.

Şoyqu ilin əvvəlindən 335 min nəfərin müqavilə və könüllü olaraq Rusiya ordusuna xidmətə getdiyini deyib:

"Döyüş bölgəsində lazımi sayda rus əsgəri xidmət edir".

Rusiyada çağırış müddətinin oktyabrın 1-dən başladığını xatırladan Şoyqu bunun planlı şəkildə və qanun çərçivəsində həyata keçiriləcəyini vurğulayıb.

Şoyqu Rusiya Prezidenti Vladimir Putinin fərmanına uyğun olaraq bu çağırış dövründə 130 min nəfərin məcburi hərbi xidmətə cəlb olunacağını da qeyd edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026