Türkiyənin məşhur müğənnisi Serdar Ortaç böyük ağrılardan sonra iztirab çəkir.
Bakıvaxtı.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, qardaşı Serkan Ortacın vəfatından sonra yeni həyat tərzi qurub. Evinə qapanan sənətçi çəkdirdiyi videolarla məsləhətlər verməyə başlayıb.
“Həyat qısadır, daha heç nəyi vecimə almlram” deyən sənətkar yeni həyat fəlsəfəsini açıqlayıb.
Ortaç videolarında pərəstişkarlarına "Heç kəsi incitməyin, böyük ambisiyaların olmasın, sizi sevənlərə möhkəm sarılın. Pul və şöhrət gəlib gedir, qalan dostluqlardır” ifadələrini işlədib.
Qeyd edək ki, Serdar Ortaç ötən mart ayında 40 yaşlı qardaşı Serkan Ortacı itirib.
Murad Məmmədli
















