• Bakı 14° C

    5.41 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Sənədsiz evi olanların DİQQƏTİNƏ!
 

CƏMİYYƏT

20 Sentyabr 2021 | 22:09 | Müəllif: Subhan Mahmudov

Sənədsiz evi olanların DİQQƏTİNƏ!

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) sənədsiz evlərin sənədləşdirilməsi prosesinin nə zaman başa çatacağı ilə bağlı məsələyə aydınlıq gətirib.

Dövlət Xidmətindən Bakıvaxtı.az-a bildirilib ki, müvafiq hüquq müəyyənedici sənədlər olmadan inşa edilmiş tikililər və onların yerləşdiyi torpaq sahələrinin inventarlaşdırma işləri hazırda davam etdirilir.

Sənədsiz evlərin inventarlaşdırılması ilə bağlı vətəndaşların hər hansı idarəyə müraciət etməsinə ehtiyac yoxdur. Komissiya üzvləri bütün fərdi yaşayış evləri üzrə zəruri məlumatları yerində toplayırlar.

İnventarlaşdırma işləri başa çatdıqdan sonra aidiyyəti qurumlar tərəfindən nəticələrin təhlili aparılacaq. Təhlillər nəticəsində bu sahə üzrə qanunvericilikdə dəyişiklərlə bağlı aidiyyəti qurumlara təqdim olunması üçün təkliflərin hazırlanacağı gözlənilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026