• Bakı 14° C

    5.6 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Səmayə Məmmədova BNA-dan ayrıldı

CƏMİYYƏT

15 Dekabr 2021 | 18:53 | Müəllif: Subhan Mahmudov

Səmayə Məmmədova BNA-dan ayrıldı

Bakı Nəqliyyat Agentliyinin (BNA) PR şöbəsinə rəhbərlik edən Səmayə Məmmədova işdən çıxıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə o özü məlumat yayıb.

Qeyd edib ki, bu gün BNA-dan rəsmən ayrılıb.

“Sevinirəm ki, mənə yad olan nəqliyyat sahəsində PR-lə işin təşkilində qısa zamanda da olsa, uğurlara imza ata bildim. BNA-da çalışdığım dönəmdə məni dəstəkləyən, yaradıcılıq üçün daim yardım əlini uzadan Vüsal Kərimliyə təşəkkür edirəm.

Bu müddət ərzində bərabər çalışdığım komandama sonsuz minnətdarlıq edirəm. Hər biriniz mənim üçün dəyərlisiniz! Bundan sonrakı fəaliyyətində BNA kollektivinə uğurlar arzulayıram”, - deyə o bildirib.

Xatırladaq ki, S.Məmmədova BNA-dan əvvəl Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026