Şəkidə fərdi yaşayış evində yanğın olub.
Bakıvaxtı.az xəbər verir ki, günorta saat 14 radələrində rayonun Aşağı Layskı kəndində, kənd sakini Rafiq Yusif oğlu Məmmədova məxsus, ümumi sahəsi 240 kv/m olan ikimərtəbəli fərdi yaşayış evində yanğın baş verib.
Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyətləri cəlb edilib. Yanğınsöndürənlərin səyi nəticəsində yanğının genişlənməsinin qarşısı dərhal alınıb. Evin 1-ci mərtəbəsində 1 otağın tavanı 12 kv/m sahədə yanıb, qalan hissə yanğından mühafizə olunub.
Faktla bağlı araşdırma aparılır. /APA


jpg-1674646141.jpg)













