• Bakı 11° C

    5.66 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

"Səbail" 1/4 finala vəsiqə qazanıb

İDMAN

20 Dekabr 2023 | 16:02

"Səbail" 1/4 finala vəsiqə qazanıb

Futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinin daha bir oyunu keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, günün ilk matçında "Səbail" "Şamaxı"nı qəbul edib.

"ASCO Arena"da baş tutan qarşılaşma "dənizçilər"in 6:0 hesablı qələbəsi ilə yekunlaşıb. Meydan sahiblərinin qollarını 23 və 45-ci dəqiqələrdə Amil Yunanov, 50-ci dəqiqədə Pedro Nuno, 56 və 80-ci dəqiqələrdə Rüfət Abdullazadə, 90+2-ci dəqiqədə Adi Mehremiç fərqlənib.

"Səbail" 1/4 finalda bu gün reallaşacaq "Zirə" - "Turan Tovuz" matçının qalibi ilə üz-üzə gələcək. Bu raundun "Qarabağ" - MOİK və "Neftçi" - "Qaradağ Lökbatan" oyunları dekabrın 21-də baş tutacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026