• Bakı 15° C

    6.78 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Şamaxıda qəbiristanlıqdan oğurluq edildi

CƏMİYYƏT

12 Fevral 2022 | 12:11 | Müəllif: Subhan Mahmudov

Şamaxıda qəbiristanlıqdan oğurluq edildi

Şamaxıda qəbiristanlıqdan 3000 manatlıq oğurluq olub.

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Şamaxı Rayon Polis Şöbəsinə yanvarın 30-na keçən gecə Həmyəli kəndi ərazisindəki qəbiristanlıqda qəbirlərdən birinin ətrafına çəkilən 3000 manat dəyərində məhəccərin oğurlanması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən rayon sakinləri Ş.Şıxməmmədov və əvvəllər də oğurluğa görə məhkum olunmuş Ə.Alışov müəyyən edilərək saxlanılılıb.

Ətraflarında aparılan tədbirlərlə onların həmin qəbiristanlıqda daha 2 qəbirin ətrafına çəkilmiş məhəccərləri və Sabir qəsəbəsi ərazisində yerləşən şərab zavodundan 5 ədəd kondisioner oğurlamaları da müəyyən edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026