Şabranda dənizdə batan şəxsin meyiti tapılıb.
Bakıvaxtı.az xəbər verir ki, rayonun Çayqaraqaşlı kəndi yaxınlığında dənizdə, ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 30 km aralı, nəzarətsiz ərazidə batan rayonun Qorgan kənd sakini, 2010-cu il təvəllüdlü Hidayətov Elmir Əlizaman oğlunun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Araşdırma aparılır.
09:00
Şabran rayonu, Çayqaraqaşlı kəndi yaxınlığında dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 30 km aralı, nəzarətsiz ərazi) 1 nəfər batıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Nazirliyin "112" qaynar telefon xəttinə hadisə barədə məlumat daxil olub.
Qeyd olunub ki, məlumatla əlaqədar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.
Əlavə məlumat veriləcəyi bildirilib.










jpg-1694079975.webp)



jpg-1694066367.webp)

