• Bakı 9° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Sabir Rüstəmxanlı qızı ilə Elçinin ayrılığından  DANIŞDI

CƏMİYYƏT

30 Oktyabr 2025 | 10:48

Sabir Rüstəmxanlı qızı ilə Elçinin ayrılığından DANIŞDI

Xalq şairi Sabir Rüstəmxanlı qızı Aydan Rüstəmxanlı ilə müğənni Elçin Cəfərovun münasibətlərindən danışıb.

Bakıvaxtı.az milli.az-a istinadən xəbər verir ki, bu barədə S. Rüstəmxanlı “Həftənin qonağı” verilişində açıqlama verib. O, Elçinlə bağlı bunları söyləyib:

“Yaradıcı insan kimi ona hörmətim var. Amma yaradıcı insanların yaxşı ailə başçısı olması çətindir. Gərək bunu düşünsünlər. Ümumiyyətlə uşaqlarım seçimlərini özləri edib”.

Xalq şairi qızı Elçinin boşanması haqda sualı belə cavablandırıb:

“Uşaqlarına baxırlar, əlaqələri, münasibətləri var. Rəsmiyyət hər şeyi həll etmir. Hələ heç nə deyə bilmərəm. İndiki uşaqların nə ayrılığı bilinir, nə də bir yerdə olmağı. O şeylərə qarışmıram, bu barədə danışmaq da istəmirəm”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026