• Bakı 13° C

    1.91 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Sabiq Baş nazir vəfat etdi

DÜNYA

27 Oktyabr 2023 | 08:43 | Müəllif: Qalib İbrahimoğlu

Sabiq Baş nazir vəfat etdi

Çinin sabiq Baş naziri Li Keçyan vəfat edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Çinin rəsmi mətbuatı məlumat yayıb.

Bildirilir ki, sabiq Baş nazir 68 yaşında Şanxayda ürəktutmasından dünyasını dəyişib.

Məlumata görə, Şanxayda istirahətdə olan Li Keçyanın səhhəti oktyabrın 26-da qəfildən pisləşib. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Li Keçyan Çin Kommunist Partiyasının 17-ci, 18-ci və 19-cu Mərkəzi Komitəsi Siyasi Bürosunun daimi üzvü olub. O, 2013-cü ilin martından 2023-cü martınadək Çinin Baş naziri vəzifəsini tutub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026