• Bakı 10° C

    2.21 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Ərini bir yumruqla ÖLDÜRDÜ

DÜNYA

26 Noyabr 2023 | 00:14 | Müəllif: Subhan Mahmudov

Ərini bir yumruqla ÖLDÜRDÜ

Hindistanın Pune şəhərində ailə faciəsi baş verib.

Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, iş adamı Nikhil Xannanın həyat yoldaşı Renuka ərindən onu ad günündə Dubaya aparmasını və bahalı hədiyyələr almasını istəyib. Xanna bu təklifi qəbul etməyəndə ikisi arasında mübahisə yaranıb.

Həyat yoldaşının atdığı yumruqdan ağır qanaxma keçirən Xanna xəstəxanada dünyasını dəyişib. Kişinin ölümü ölkədə gündəm yaradıb. Qətldə şübhəli bilinən Renuka isə tutularaq həbsxanaya göndərilib.

İnşaat sektorunda çalışan 36 yaşlı iş adamı Xanna 6 il əvvəl Renuka ilə ailə həyatı qurubmuş. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026