• Bakı 14° C

    5.6 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Saakaşvilidən Paşinyana: Qaç

DÜNYA

06 Dekabr 2023 | 00:25 | Müəllif: Subhan Mahmudov

Saakaşvilidən Paşinyana: Qaç

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili öz Feysbuk səhifəsində Ermənistanın Baş naziri Nikol Paşinyana Rusiya ilə bütün əlaqələri tezliklə kəsməyi tövsiyə edib.

Bakıvaxtı.az xəbər verir ki, o, Paşinyana qaçmağı məsləhət görüb.

“Rusiya demək olar ki, bütün Ermənistan kənd təsərrüfatı məhsullarının və erməni konyakının idxalına qadağa qoyub. Amma bu qadağa Paşinyan üçün qırmızı işığı yandırmalıdır. Putin erməni konyakını yox, Paşinyanın özünü bəyənmədi və embarqo onu hakimiyyətdən sıxışdırmaq üçün növbəti addımdır.

Mən bunu Ermənistanın baş naziri üçün bir daha təkrar etmək istəyirəm. Hörmətli Nikol - qaç, daha sürətli qaç, KTMT-dən, Avrasiya İttifaqından arxaya baxmadan qaç, Avropa Birliyinə, NATO-ya, yeni regional birliklərə qaç! Amma ən əsası ayağınızı Rusiyadan uzaqlaşdırın, özünüzü və erməni dövlətçiliyini xilas edin! Putin buldoq kimidir. Dişlərini keçirdir və buraxmır. Sağ qalmaq üçün bu dişləmədən uzaqlaşın!

Əminəm ki, hələ də gec deyil. Tərəddüd etməyi dayandırın. Gecikmək ölüm kimidir!” - deyə Saakaşvili yazıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026