q
  • Bakı 11° C

    3.33 m/s

  • USD - 1.7

    EUR - 2.0074

    RUB - 2.2372

Rusiyada axtarışda olan cinayətkar polisləri güllələdi

DÜNYA

16 Aprel 2026 | 21:26

Rusiyada axtarışda olan cinayətkar polisləri güllələdi

Rusiyanın Orenburq vilayətində şübhəlinin saxlanılması zamanı baş verən atışma nəticəsində bir polis əməkdaşı həlak olub, üç nəfər isə yaralanıb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Novotroitsk yaxınlığındakı Akkermanovka qəsəbəsində baş verib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları federal axtarışda olan şəxsi saxlamağa cəhd göstərərkən, o, polis əməkdaşlarına atəş açıb.

Bildirilib ki, atışma nəticəsində bir polis əməkdaşı həyatını itirib, daha üç nəfər ağır yaralanaraq xəstəxanaya yerləşdirilib.

Mənbələrin məlumatına görə, atəş açan şəxs 52 yaşlı Sergey Basalayev olub. Onun avtomat silahla silahlandığı və xüsusi təhlükə yaratdığı ehtimal olunur. Hücumdan sonra o, hadisə yerindən qaçıb.


SON XƏBƏRLƏR