• Bakı 15° C

    7.08 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Rəis təyin edilən general kimdir?

CƏMİYYƏT

20 Dekabr 2022 | 09:38

Rəis təyin edilən general kimdir?

Xəbər verdiyimiz kimi, Dövlət Sərhəd Xidmətinin rəisi Aqil Babayev vəzifəsindən azad edilib və onun yerinə Azər İbrahimov təyin edilib.

Bakıvaxtı.az xəbər verir ki, Azər Oqtay oğlu İbrahimov bu vəzifəyə qədər Dövlət Sərhəd Xidmətində Baş İdarə rəisi vəzifəsində çalışıb.

Prezident İlham Əliyevin sərəncamı ilə ona 16 avqust 2018-ci ildə general-mayor rütbəsi verilib.

“Azərbaycan bayrağı”, “Hərbi xidmətlərə görə” və s. orden-medallarla təltif edilib.

Azər İbrahimovun 44 günlük Vətən müharibəsində döyüşdüyü və Cəbrayıl istiqamətində düşmənə qarşı əməliyyatlarda fərqləndiyi bildirilir. O, Prezidentin sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə” medalı ilə də təltif edilən generallardan biridir. /Olke.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026