"Real" heyətinə yeni futbolçu qatmaq niyyətindədir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Foot Mercato" məlumat yayıb. Madrid təmsilçisi "Leyptsiq"dən Kristofer Nkunkunu almağı planlaşdırır. "Kral klubu"nun bu qış transfer pəncərəsində 23 yaşlı yarımmüdafiəçinin keçidini rəsmiləşdirmək üçün işlərə başladığı bildirilib.
Qeyd edək ki, Nkunku 2019-cu ildən "Leyptsiq"də oynayır.
















