• Bakı 20° C

    5.23 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

Qusar və Quba sakinlərində silah aşkarlandı

CƏMİYYƏT

25 Mart 2021 | 14:13

Qusar və Quba sakinlərində silah aşkarlandı

Qusar və Quba sakinlərindən silah götürülüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Qusar Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Cağar kəndində yaşayan K.Zöhrəbəyovun evinin həyətinə baxış zamanı oradan nömrəsi silinmiş İJ-20 markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Eyni zamanda Quba RPŞ əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Xırt kəndində yaşayan S.Xankişiyevin evinin həyətinə baxış zamanı oradan müvafiq sənədləri olmayan və nömrəsi silinmiş ov tüfəngi aşkar edilərək götürülüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR