• Bakı 25° C

    5.99 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.0166

Qusar sakinlərindən sənədsiz silah götürüldü

CƏMİYYƏT

06 Mart 2021 | 10:10

Qusar sakinlərindən sənədsiz silah götürüldü

Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi məqsədilə uğurlu əməliyyat-axtarış davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Köhnə Xudat qazmalar kənd sakini X.Əlimovdan və Hil kənd sakini E.Şirinəliyevdən müvafiq sənədləri olmayan ov tüfəngləri aşkar edilərək götürülüb.

Faktlarla bağlı Qusar RPŞ-də araşdırmalar aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR