Qazax rayonunda avtomobil qəzası nəticəsində dünyasını dəyişənin şəxsiyyəti məlum olub.
Bakıvaxtı.az xəbər verir ki, "Ford" və "Nissan" markalı avtomobillərin toqquşması nəticəsində Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü Nəzərov Elnur Malik oğlu aldığı xəsarətlərdən həyatını itirib.
Xatırladaq ki, avtoqəzada daha bir neçə nəfər isə müxtəlif bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
21:38
Qazax-Çaylı avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi olub.
Bakıvaxtı.az xəbər verir ki, avtomobil qəzası nəticəsində 1 nəfərin öldüyü, daha bir neçə nəfərin isə xəsarət aldığı bildirilir.
Yaralılar xəstəxanaya yerləşdirilib, onların şəxsiyyətləri dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.












jpg-1690637733.webp)



