• Bakı 9° C

    1.53 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Qandinin əlyazmaları 1,7 milyon dollara satıldı

DÜNYA

21 Avqust 2026 | 22:13 | Müəllif: Gülşən Şərif

Qandinin əlyazmaları 1,7 milyon dollara satıldı

Hindistanın müstəqillik hərəkatının lideri Mahatma Qandinin həyata dair baxışlarını əks etdirən əl yazısı qeydləri hərraca çıxarılıb.

Bakıvaxtı.az xəbər verir ki, qeydlər Mumbay şəhərində 1,69 milyon dollara satılıb.

Qandi tərəfindən 1944-1946-cı illər ərzində yazılmış 600-dən çox əlyazma həqiqət, zorakılıqdan imtina və nəfsin cilovlanması mövzularından bəhs edir.

“Saffronart” hərrac evinin açıqlamasında qeyd olunub ki, bu satış “hərracda Hindistan tarixinə aid bir sənəd üçün ödənilən ən yüksək qiymət rekordunu yeniləyib”.

Alıcının kimliyi barədə məlumat açıqlanmasa da, bəyanatda kolleksiyanın Hindistanda qalacağı bildirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026