• Bakı 12° C

    6.79 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Putin Zelenski ilə görüşəcəkmi? - Lavrovdan AÇIQLAMA

DÜNYA

16 Mart 2022 | 17:10 | Müəllif: Qalib İbrahimoğlu

Putin Zelenski ilə görüşəcəkmi? - Lavrovdan AÇIQLAMA

"Rusiya Prezidenti Vladimir Putinlə Ukrayna Prezidenti Vlodomir Zelenskinin görüşü üçün heç bir maneə yoxdur".

Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşündən sonra jurnalistlərin "Putin Zelenski ilə görüşəcəkmi" sualını cavablandırarkən deyib.

Onun sözlərinə görə, bu məsələ ilə bağlı danışıq aparılmayıb: "Görüş üçün heç bir maneə yoxdur. Biz hədəfə yönəlmiş görüşə üstünlük veririk".

Mövlud Çavuşoğlu isə eyni suala “Belə bir toplantıya ev sahibliyi etmək istərdik”, deyə cavab verib.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR