• Bakı 14° C

    5.41 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Putin “G20” sammitinə dəvət olunub

DÜNYA

22 Aprel 2022 | 00:48 | Müəllif: Qalib İbrahimoğlu

Putin “G20” sammitinə dəvət olunub

Rusiya Prezidenti Vladimir Putin “Böyük İyirmilik” (G20) ölkələrinin sammitinə dəvət olunub.

Bakıvaxtı.az xəbər verir ki, bunu “G20”yə bu il sədrlik edən İndoneziyanın maliyyə naziri Şri Mulyani İndravati bildirib.

O, Beynəlxalq Valyuta Fondunun və Dünya Bankının rəhbər orqanlarının yaz sessiyası zamanı dünya iqtisadiyyatının gələcək inkişaf perspektivlərinin müzakirə edildiyi seminarda çıxış edib (report).

Tədbirin aparıcısı Rusiya Prezidenti Vladimir Putinin payızda Bali adasında keçiriləcək G20 liderlərinin görüşündə iştirak edib-etməyəcəyini soruşub. Nazir suala cavabında deyib: “Dəvət etmişik. Çünki dəvətlər əvvəlcədən göndərilir. Artıq G20-yə daxil olan bütün ölkələr öz dəvətlərini alıblar”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026