• Bakı 11° C

    5.66 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Prezidentdən daha bir FƏRMAN

CƏMİYYƏT

20 Dekabr 2021 | 10:22 | Müəllif: Qalib İbrahimoğlu

Prezidentdən daha bir FƏRMAN

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev“Əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 dekabr tarixli 1229 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Bakıvaxtı.az xəbəri verir ki, əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə verilən Prezident təqaüdünün məbləği 200 manatdan 300 manata və 120 manatdan 200 manata çatdırılıb.

Bu dərman 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026