• Bakı 14° C

    5.41 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Podolyak Ukraynanın itkilərini AÇIQLADI

DÜNYA

02 Dekabr 2022 | 00:36 | Müəllif: Subhan Mahmudov

Podolyak Ukraynanın itkilərini AÇIQLADI

Rusiya-Ukrayna müharibəsində Ukrayna 13 min hərbçi itirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak deyib.

“Bizdə Baş Qərargahın rəsmi qiymətləndirmələri var. Ölənlərin sayı 10 mindən 12,5-13 minədəkdir. Yəni biz açıq şəkildə ölənlərin sayından danışırıq”, - M.Podolyak bildirib.

Prezident Ofisinin rəsmisi vurğulayıb ki, ölkənin hərbi itkiləri mülki itkilərdən əhəmiyyətli dərəcədə azdır.

Qeyd edək ki, Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Rusiyanın hərbi müdaxiləsi başlayandan bəri Ukraynanın 100 mindən çox hərbçi itirdiyini söyləmişdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026