• Bakı 23° C

    3.82 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

PKK tarixə qovuşur - VAXT AÇIQLANDI

CƏMİYYƏT

09 Sentyabr 2026 | 16:21 | Müəllif: Əli Hüseynov

PKK tarixə qovuşur - VAXT AÇIQLANDI

Kürdüstan Fəhlə Partiyası (PKK) silahlarını təhvil verməsi ilə bağlı tarix açıqlanıb.

Bakıvaxtı.az xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş Ankarada bildirib ki, PKK artıq oktyabr ayında silahlarını İraqın mərkəzi hökumətinə təhvil verməyə başlayacaq.

Kurtulmuş bu barədə İraq parlamentinin sədri Heybət əl-Halbusi ilə birgə keçirdiyi mətbuat konfransında danışıb. O, açıqlamanı Türkiyənin “Terrorsuz Türkiyə” layihəsi çərçivəsində səsləndirib.

Onun sözlərinə görə, silahların təhvil verilməsi prosesinə hazırlıq artıq gələn ay başlayacaq.

Türkiyə parlamentinin sədri xatırladıb ki, avqust ayında Türkiyə parlamenti bu yol xəritəsinin həyata keçirilməsi üçün qanun qəbul edib. PKK isə Abdullah Öcalanın çağırışından sonra 2025-ci ilin iyununda tərksilah olmaq və özünü buraxmaq barədə qərar qəbul edib.

Kurtulmuş qeyd edib ki, proses yalnız Türkiyənin daxili təhlükəsizliyi ilə bağlı deyil. Ankara PKK-nın tərksilah olunmasını İraq və Suriyadakı vəziyyətlə də əlaqəli hesab edir.

Beləliklə, PKK-nın silahlarını təhvil verməsi ilə bağlı prosesin oktyabr ayında başlaması gözlənilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Sentyabr 2026