• Bakı 6° C

    0.97 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Pensiyalar niyə indeksləşdirilib artırılmadı? - AÇIQLAMA

CƏMİYYƏT

01 Fevral 2023 | 10:17 | Müəllif: Qalib İbrahimoğlu

Pensiyalar niyə indeksləşdirilib artırılmadı? - AÇIQLAMA

Yanvar ayı bitdi, pensiyalar niyə indeksləşdirilib artırılmadı? Pensiyalar nə zaman artırılacaq?

Bakıvaxtı.az xəbər verir ki. son 2 gündə bu suallar daha çox səsləndirilir. Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan millət vəkili Vüqar Bayramov qeyd edib ki, pensiyaların indeksləşdirilərək artırılmasının fevralın ikinci həftəsinə təsadüf edəcəyi gözlənilir. Belə ki, pensiyalar əvvəlki ildə orta aylıq əmək haqqındakı artıma indeksasiya olunur: "Bu göstərici isə fevral ayının ilk yarısında elan edilir. Qeyd edək ki, ötən ilin ilk 11 ayında Azərbaycanda orta aylıq əmək haqqı 14,6 faiz artıb. Bununla bağlı Dövlət Statistika Komitəsi məlumat yayıb. Əmək haqqıdakı artım faizi əmək pensiyalarının indeksasiyasında istifadə edilən əsas meyardır".

Deputatın sözlərinə görə, gözlənilir ki, təxminən fevralın 12-dək Dövlət Statistika Komitəsi rəsmi artım rəqəmini elan edər və daha sonra indeksləşdirmə ilə bağlı sərəncam imzalanacaq. O baxımdan, indeksləşdirmənin yanvarda baş tutmaması heç də pensiyaların artırılmayacağı anlamına gəlməməlidir.

Sərəncamın fevral ayında imzalanmasına baxmayaraq pensiya artımları yanvarın 1-dən hesablanır, amma artımlar fevral ayında ikisi birlikdə ödəniləcək.

"2022-ci ilin 11 aylıq yekunları təsdiq edir ki, pensiya məbləğlərində yeni artımlar 15.0 faizə yaxın olacaq. Pensiyaçılara bu ay yanvar üçün hesablanmış artım da ödəniləcək. Mart ayından etibarən isə artırılmış standart aylıq pensiya məbləğini alacaqlar", - deyə Vüqar Bayramov qeyd edib.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR