• Bakı 12° C

    4.8 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Pensiyalar bu tarixdə ödəniləcək

CƏMİYYƏT

06 Yanvar 2022 | 09:49 | Müəllif: Qalib İbrahimoğlu

Pensiyalar bu tarixdə ödəniləcək

Yanvarın 11-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödənişinin həyata keçirilməsi nəzərdə tutulub.

Bu barədə Bakıvaxtı.az-a Dövlət Sosial Müdafiə Fondundan bildirilib.

Verilən məlumata görə, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları qrafik üzrə bu ay ödəniləcək.

Qeyd edək ki, 2021-ci ilin yanvar-oktyabr aylarında pensiya təminatı istiqaməti üzrə 3 mlrd. 848 mln. manat vəsait ödənilib ki, bu da keçən ilin eyni dövrünə nisbətən 3,1% və ya 117 mln. manat çoxdur. Pensiyaların orta aylıq məbləği isə 10% artaraq 331 manat, o cümlədən yaşa görə pensiyaların orta aylıq məbləği 8,5% artaraq 358 manat təşkil edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026