• Bakı 12° C

    4.8 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Paşinyan bu məmurları vəzifədən uzaqlaşdırır

DÜNYA

15 Dekabr 2023 | 10:49

Paşinyan bu məmurları vəzifədən uzaqlaşdırır

Ermənistanın Baş naziri Nikol Paşinyan “Vətəndaş Müqaviləsi” üzvü olmayan bütün məmurları tez bir zamanda vəzifədən uzaqlaşdırmağı tapşırıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə yerli “Joğovurd” nəşri hakimiyyətə yaxın mənbələrinə istinadən yazıb.

Nəşrin yazdığına görə, Paşinyan “Vətəndaş Müqaviləsi” partiyasına üzv olmayan, partiyanın ideyalarını bölüşməyən və bitərəf qalmağa davam edən bütün məmurları mümkün qədər tez vəzifədən uzaqlaşdırmağı qərara alıb.

Həmçinin əlavə olunub ki, Ermənistan hökumətinin rəhbərinin fikrincə, partiya üzvü olmayanlar onun sadiq tərəfdaşları ola bilməzlər, ona görə də onlara ölkənin idarəetmə sistemində yer yoxdur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026