• Bakı 11° C

    6.65 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

Orxan Aslanovun evində yanğın - VİDEO - YENİLƏNİB 

HADİSƏ

23 Mart 2026 | 12:03

Orxan Aslanovun evində yanğın - VİDEO - YENİLƏNİB 

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Sabunçu rayonu, Nardaran qəsəbəsində yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə Bakıvaxtı.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının vətəndaşa məxsus ümumi sahəsi 145kv.m. olan və bir hissəsi qaraj kimi istifadə edilən yardımçı tikilidə baş verdiyi və yayılma riskinin yüksək olduğu müəyyən olunub.

Yanğınsöndürənlər tərəfindən həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində baş vermiş yanğın genişlənərək yaxınlıqda yerləşən digər tikililərə yayılmasına imkan verilmədən söndürülüb.

Yanğın nəticəsində tikilinin yanar konstruksiyaları və dam örtüyü 115kv.m sahədə, qarajda park edilmiş "Lİ" markalı minik avtomobilinin qismən üzlüyü yanıb, bilavasitə yaxınlıqda yerləşən digər yardımçı tikilinin dam örtüyü 3kv.m sahədə deformasiya edib.

Bitişik tikililər yanğından mühafizə olunub.

Xəsarət alan olmayıb.

***

09:59

Tanınmış fotoqraf Orxan Aslanovun evində yanğın baş verib. 

Bakıvaxtı.az xəbər verir ki, bu haqda paylaşım edən O.Aslanovun sözlərinə görə, hadisə səhərə yaxın qeydə alınıb. 

“Təəssüf ki, bu gün pis bir gün idi. Bütün qarajımızı itirdik, zədələnmiş maşını çətinliklə çıxara bildik və başqa heç nəyi xilas edə bilmədik. Uzun müddətdir yığdığım hər şey yox oldu. Əsas odur ki, heç kim zərər görmədi. Ona görə də hər yaşadığımız gündən zövq almalıyıq. Hər şey yoluna düşəcək”, - fotoqraf qeyd edib. 

Qeyd edək ki, Orxan Aslanovun həyat yoldaşı Günay Aslan Ansari də influenser kimi fəaliyyət göstərir. Cütlüyün iki övladı var.


SON XƏBƏRLƏR

22 Mart 2026